Həmas sözçüsü: İmam Xomeyninin Qüds Gününü elan etmək təşəbbüsü böyük uzaqgörənlik idi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) sözçüsü Hazem Qasim, xarici media vasitələrinə verdiyi müsahibədə İmam Xomeyninin(r.ə) Dünya Qüds Gününü elan etmək təşəbbüsünü uzaqgörən bir addım kimi xarakterizə etdi.
Hazem Qasim bu müsahibəsinin bir hissəsində İmam Xomeyninin Qüds Gününü elan etməsinin Fələstin müqavimətinə təsirindən bəhs edərək deyib: “İmam Xomeyni tərəfindən Qüds Gününün elan edilməsi çox düşünülmüş bir addım idi, çünki o, bununla Fələstinin bu ümmətin əsas problemi olduğu və bu müqəddəs Qüds şəhərinin yalnız Fələstin xalqı üçün deyil, həm də bütün ümmətə aid olması və digər tərəfdən işğalçıların ona qarşı təcavüzünün ümmətin bütün bölgələrinə təcavüzü olması, həmçinin onun azadlığı üçün addım atmağın vəzifə olması fikrini təsis etdi. Ümumdünya Qüds Gününün yaratdığı imkanlar, sionist təcavüzünə qarşı Fələstin müqavimətinə, həmçinin Fələstin sakinlərinin məcburi irqi köçürülmə siyasətinə qarşı mübarizələrinə tam dəstəyə çevrilməlidir.”