HƏMAS Sudanı xəyanət etməkdə ittiham etdi

HƏMAS Sudanı xəyanət etməkdə ittiham etdi

Fələstinin HƏMAS hərəkatı Sudanın işğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşmasına münasibət bildirib.Verilən bəyanatda vurğulanır ki, Sudan Fələstin mübarizəsinə dəstək verən dövlət olduğu üçün bu gün atılan addım utandırıcıdır.

“Biz Sudan xalqının mövqeyini əks etdirməyən bu qərarı qınayırıq və nifrətlə etiraz edirik. İşğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşması Fələstin xalqına xəyanətdir”, – deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Sudanda hakimiyyətə gəlmiş hərbi xunta rejimi bu cür yollarla öz xalqının nifrətini daha da qazanır.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − fifteen =