Həmas Təhlükəsizlik Şurasının ikili siyasətlərini tənqid etdi

Təhlükəsizlik Şurasının sionist məhbuslarla bağlı fövqəladə iclas qərarından sonra Həmas Qəzzədəki soyqırımla bağlı beynəlxalq dairələrin ikili mövqelərini sərt şəkildə tənqid edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas beynəlxalq dairələrin, o cümlədən Təhlükəsizlik Şurasının ikili standartlarını tənqid edərək bu siyasətin ictimaiyyətin təəccübünə səbəb olduğunu elan edib.
Həmasın yayımladığı bəyanatda işğalçıların 6 israilli məhbusun ölümü ilə bağlı yalanlarını başqalarına sırımağa çalışdıqları, bu prosesin Tel-Əvivin bununla bağlı silsilə yalanlarının davamı olduğu vurğulanır.
Bəyanatda deyilir: Girovların taleyi cinayətkar Netanyahunun əlindədir və onun ordu komandirləri məhbusların ölümünə görə tam məsuliyyət daşıyır.