Həmas: Tam saziş istəyirik

Həmas: Tam saziş istəyirik

HƏMAS hərəkatının liderlərindən biri olan Üsamə Həmdan Qətər, Misir və ABŞ-ın birgə bəyanatında qeyd olunan çərçivənin ümumilikdə müsbət olduğunu, lakin bu planın təfərrüatlarını bilmək lazım olduğunu vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Üsamə Həmdan ABŞ prezidenti Co Baydenin son çıxışında müsbət fikirlər olduğunu, amma bu məsələnin Həmas tələblərini yerinə yetirəcək hərtərəfli razılaşma çərçivəsində həyata keçməsini istədiklərini deyib.

Üsamə Həmdan deyib: İşğalçı qüvvələrin Qəzzada qalması və ya Rəfah keçidini idarəsi heç bir vəchlə qəbul edilə bilməz.

Həmdan aydınlaşdırıb ki, Fələstin Daxili İşlər Nazirliyi müharibədən əvvəl Qəzzada Rəfah keçidini idarə edib və müharibə bitdikdən sonra da idarə etməyə davam edəcək.

Qətər və Misirin səylərinin məqsədinin atəşkəs yaratmaq olduğuna diqqət çəkən Həmdan qeyd edib: Razılaşmaya dəvət etmək müsbət addımdır, ancaq ümid etməklə buna nail olmaq olmaz.

Həmdan həmçinin müharibənin tam dayandırılması, işğalçı qüvvələrin Qəzzadan çıxarılması, fələstinlilərə yardımın və bu səddinin yenidən qurulmasının ardınca olduqlarını da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =