HƏMAS Tel-Əvivə xəbərdarlıq edib: Nablusda 2 fələstinli gəncin şəhid olub

HƏMAS Tel-Əvivə xəbərdarlıq edib: Nablusda 2 fələstinli gəncin şəhid olub

HƏMAS işğalçılara Məscidül-Əqsaya qarşı hər hansı bir axmaqlıq etməkdən çəkindirib.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, HƏMAS elan edib: Fələstin xalqından Ramazan ayının son ongünlüyündə Məscidül-Əqsada etikaf etməyi xahiş edirik.

HƏMAS daha sonra vurğulayıb: Biz sionist işğalçıları Məscidül-Əqsa və işğal olunmuş Qüdsdə ibadət edənlərə və fələstinlilərə qarşı hər hansı bir axmaqlıq etməkdən çəkindiririk.

HƏMAS-ın bəyanatında deyilir: Ərəb və İslam ölkələrindən və beynəlxalq təşkilatlardan işğalçıların Məscidül-Əqsaya qarşı hücumlarının dayandırılmasında öz məsuliyyətlərini yerinə yetirmələrini xahiş edirik.

Digər bir xəbərdə isə işğalçı qüvvələrin Nablusun cənubundakı Deyrəl-Hətabda silahlı qarşıdurma zamanı şəhid olan iki fələstinli şəhidin cənazələrini təhvil verməməsi bildirilir.

Digər tərəfdən, Fələstin mənbələri Nablusda sionist əsgərlərin əli ilə iki fələstinlinin şəhadətini xəbər verib.

Sionist rejim bu axşam Nablusda nəzarət-buraxılış məntəqəsində atəş açdıqlarını iddia edərək iki fələstinli gənci şəhid edib.

Sionist rejimin mediası bu iki gəncin Nablusun şərqindəki Deyrəl-Hətab kəndində əsgərlər tərəfindən öldürüldüyünü açıqlayıb.

Sionist rejimin sözçüsü elan edib ki, iki fələstinli maşına minərkən “Oun Mure” hərbi bazasına atəş açıb və ordunun 636-cı batalyonu tərəfindən vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =