HƏMAS: Tel-Əviv əməliyyatı Cenindəki cinayətlərə ilkin cavabdır

HƏMAS: Tel-Əviv əməliyyatı Cenindəki cinayətlərə ilkin cavabdır

HƏMAS-ın sözçüsü vurğulayıb ki, Tel-Əvivdəki müqavimət əməliyyatı sionist rejimin İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində davam edən cinayətlərinə ilkin cavabdır.

İRNA-nın çərşənbə axşamı Əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, HƏMAS hərəkatının sözçüsü Hazim Qasim vurğulayıb: Tel-Əviv əməliyyatı sionist rejimin Cənin düşərgəsində Fələstin xalqına qarşı törətdiyi cinayətlərə ilkin cavabdır.

O, bu qəhrəmancasına əməliyyatın müqavimətin vədlərinin həyata keçirilməsinə uyğun olduğunu deyib və vurğulayıb ki, sionist rejim Cenin düşərgəsində törətdiyi cinayətlərin əvəzini ödəyəcək.

Qasim qeyd edib ki, biz Fələstin və Cenin qəhrəman döyüşçülərini dəstəkləyirik.

Sionist mediası Tel-Əvivdə anti-sionist əməliyyatda 10 sionistin yaralandığını və onlardan 4-nün vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bir neçə dəqiqə əvvəl sionist rejimin mediası işğal olunmuş ərazilərdəki Tel-Əviv şəhərində anti-sionist əməliyyatı keçirildiyini elan edib.

Sionist rejimin mediası Tel-Əviv şəhərində anti-sionist əməliyyatı zamanı 10 sionistin yaralandığını, onlardan 4-nün vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bu medianın məlumatına görə, bu sionistlər bu avtomobillə vurulma və onlara atəş açılma prosesində yaralanıb və əməliyyatın icraçısı şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − three =