Həmas Trampa: Qəzzə satılıq deyil

Həmas Trampa: Qəzzə satılıq deyil

Həmas siyasi bürosunun üzvü ABŞ prezidentinin “Qəzzanı almaq və ona sahib olmaq” ilə bağlı bəyanatlarını kəskin şəkildə pisləyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (11 fevral) İslami Müqavimət Hərəkatı siyasi bürosunun üzvü İzzət ər-Rişq ABŞ prezidenti Donald Trampın “Qəzzanı almaq və ona sahib olmaq”la bağlı açıqlamalarını şiddətlə qınayaraq bu sözləri dəyərsiz, Fələstin və regionla bağlı dərin məlumatsızlığın əksi adlandırıb.

O, deyib: Qəzza alınıb-satılası kommersiya mülkü deyil, əksinə, işğal olunmuş Fələstin ərazisinin ayrılmaz hissəsidir.

Əl-Rişq əlavə edib: Fələstin məsələsinə daşınmaz əmlak agenti zehniyyəti ilə yanaşmaq uğursuz reseptdir. Fələstin xalqı məcburi köçkünlüklə bağlı bütün planları alt-üst edəcək.

Siyasi büro üzvü qeyd edib: Qəzza onun sakinlərinə məxsusdur və onlar 1948-ci ildə işğal etdikləri şəhər və kəndlərə qayıdacaq və bir daha oranı tərk etməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − four =