HƏMAS ümumi səfərbərlik elan edib

HƏMAS ümumi səfərbərlik elan edib

Sionist rejimin “bayraq yürüşü” keçirmək niyyətində olduğu bir vaxtda HƏMAS sabah (bazar günü) üçün ümumi səfərbərlik elan edib.

Sionist rejimə “bayraq yürüşü” keçirməsi ilə bağlı xəbərdarlıq təsirli olmayıb və bu rejim yürüşü elan olunmuş tarixdə, yəni sabah (bazar günü) keçirəcəyini bildirib.

Səma xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Qüds, İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilərdəki bütün fələstinlilər üçün ümumi səfərbərlik elan edib.

HƏMAS fələstinliləri Qüds, Məscidül-Əqsa və İslamın müqəddəs məsələlərinin müdafiəsi üçün özlərini Məscidül-Əqsaya çatdırmağa çağırıb.

Fələstin hərəkatı daha sonra bütün müsəlman ümmətini və ərəb icmasını sionistlərin yəhudiləşdirmə planlarının pozulması üçün hərəkətə keçməyə çağırıb.

İbrani təqvimində “bayraq yürüşü” Şərqi Qüdsün sionist rejim tərəfindən işğalının ildönümünə təsadüf edir.

Rejim 1967-ci il iyulun 7-də Şərqi Qüdsü işğal edərək, onu “Urşəlim günü” (Qüds günü) adlandırıb, lakin İbrani təqviminə görə həmin gün sabaha (bazar, 29 may) təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + nine =