Həmas və İslam cihadı sionist rejimin Tul Kərəm cinayətini qınadı

Həmas və İslam cihadı sionist rejimin Tul Kərəm cinayətini qınadı

Həmas və İslami Cihad Hərəkatı, sionist rejimin Tulkərəm düşərgəsində 20 fələstinlinin şəhid olması ilə nəticələnən hücumuni sərt şəkildə qınayıb.

İRNA-nın məlumatına əsasən, Həmas və İslami Cihad Hərəkatı bəyanat yayaraq dünən gecə (3 oktyabr) sionist rejiminin Qərb sahilinin Tul Kərəm düşərgəsində davamlı cinayətlərinin həddən artıq təhlükələr yaratdığını elan edərək deyib: Fələstin xalqı sionistlərin “terror siyasəti”nə müqavimətdən əl çəkməyəcəyik.

İslami Cihad Hərəkatı da öz növbəsində yayımladığı bəyanatda deyib: Tul Kərəm düşərgəsinin sionistlər tərəfindən bombalanması onların terror siyasətlərinin davam etdiyinin göstəricisidir.

Xatırladaq ki, bu gün səhər Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail döyüş təyyarələri ”Tülkərəm” qaçqınlar düşərgəsindəki kafeyə hava hücumu təşkil edib.

Hücum nəticəsində 20 nəfərin həlak olduğu, çox sayda adamın da yaralandığı vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin Qəzzadakı məktəblərə etdiyi hücumlarla bağlı paylaşım edib.

Filip Lazzarini İsrail ordusunun son 2 gündə Qəzzada yurd-yuvalarından didərgin düşmüş fələstinlilərin sığındığı UNRWA-ya aid 3 məktəbə hücum etdiyini bildirib.

Hücumlarda azı 21 nəfərin öldüyünü ifadə edən Filip Lazzarini hədəf alınan məktəblərdə 20 mindən çox köçkün fələstinlinin qaldığını vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 4 =