Həmas və İslami Cihad Ramullahın Tel-Əvivlə əməkdaşlığını qınadı
Sizinyol xarici mediaya istinadən xəbər veirr:
Həmas və Fələstin İslami Cihadı ayrıca açıqlamalarında Fələstin Muxtariyyətinin Sionist rejimlə təhlükəsizlik koordinasiyasını bərpa etmək qərarını qınadı.
Həmas açıqlamasında Fələstin Muxtariyyət Təşkilatı rəhbərliyinin bu qərarla fələstinli baş katiblərin tarixi toplantısının nəticələrini məhv etdiyini ifadə etdi.
Həmas bu qərarın milli ortaqlıq qurma səylərinə və əsrin müqaviləsinə qarşı bir kampaniya strategiyasına zərbə olduğunu da əlavə etdi. Həmas Fələstin Muxtariyyət Təşkilatı rəhbərliyinin Sionist rejimlə əməkdaşlıq qərarını Tel-Əvivin işğal altındakı Qüds şəhərində minlərlə yaşayış binası inşa etdiyini elan etməsindən dərhal sonra aldığını söylədi.
Ramullahdan dərhal bu qərardan daşınmasını, Co Bayden və onun kimilərinə etimad etməməsini vurğuladı. ABŞ-a güvənməyə və təslim olmağa davam etməyin Fələstin məsələsini zəiflətməyə yol açdığını bildirdi.