Həmasdan beynəlxalq ictimaiyyətə çağırış
HƏMAS Beynəlxalq Humanitar Həmrəylik Günü ilə bağlı verdiyi bəyanatda beynəlxalq ictimaiyyəti sionist rejimin Qəzzədəki hərəkətlərini dayandırmağa və bu hərəkətləri terrorizm çərçivəsində hesab etməyə çağırıb.
Həmas beynəlxalq ictimaiyyəti sionist rejimin Qəzza zolağında 15 aydır həyata keçirdiyi hücumları dayandırmağa və bu hərəkətləri terrorizm çərçivəsində nəzərdən keçirməyə çağırıb.
Beynəlxalq İnsan Həmrəyliyi Günü münasibətilə yazılı açıqlama verən Həmas, dünyanın hər yerində paytaxtlarda, şəhərlərdə və meydanlarda Fələstin xalqı ilə həmrəylik nümayişlərinin artırılmasının vacibliyini vurğulayıb.
Müqavimət təşkilatı bəyan edib ki, İsrailin hərəkətlərini kriminallaşdırmaq və Fələstin xalqına qarşı törətdikləri cinayətlərə görə İsrail rəsmilərini mühakimə etmək məsuliyyəti beynəlxalq ictimaiyyətə, ərəb və islam ölkələrinə, BMT təsisatlarına və bütün dünya xalqlarına məxsusdur.
Bəyanatda Qəzza zolağı və digər işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətə diqqət çəkilib, Fələstin xalqı ilə həmrəyliyin və onların qanuni hüquqlarının dəstəklənməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, Beynəlxalq Humanitar Həmrəylik Günü İsrailin 441 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar və onların nəticələrini dünya ictimaiyyətinə xatırlatmaq üçün mühüm fürsətdir.
Rəsmi məlumata görə, 7 oktyabr 2023-cü ildən davam edən soyqırım əməliyyatında 45 min 129 nəfər həyatını itirib, 107 min 338 nəfər isə yaralanıb.