Həmasdan İsrailə daha bir ağır zərbə

Həmasdan İsrailə daha bir ağır zərbə

HƏMAS hərəkatının hərbi qanadının “şəhid İzzəddin əl-Qəssam” batalyonları Qəzza zolağının müxtəlif bölgələrində sionist rejimin bir neçə hərbi texnika və zabitlərini ələ keçirdiklərini elan ediblər.

Əl-Cəzirə telekanalının verdiyi xəbərə görə, Əl-Qəssam batalyonları bu barədə bəyanat verərək bildiriblər: Biz Deyr əl Bələh şəhərinin şərqində sionist rejimin “Merkava” tankını “Əl Yasin 105” raketi ilə hədəfə aldıq.

Əl-Qəssam başqa bir bəyanatında qeyd olunan ərazidə sionist rejimin daha iki tankının məhv edildiyini açıqlayıb.

HƏMAS hərəkatının hərbi qanadı da elan edib: Rəfahın qərbindəki “Təl əl-Ərəb”də bombalanmış tunelin girişini partlatdıq və bu əməliyyat zamanı düşmənin 5 əsgəri həlak oldu.

Media mənbələri həmçinin Həmasın Qəzza zolağına bitişik sionist yaşayış məntəqələrinə raket zərbələri endirdiyini elan edib.

Məlumatda deyilir ki, sionist rejimin heç bir nəticə əldə etmədən Qəzza zolağına soxulmasının başlanmasından təxminən səkkiz ay keçdikdən sonra bu rejim günü-gündən daha çox daxili və xarici böhranlara batmaqdadır.

Bu müddət ərzində sionist rejim bu bölgədə qırğınlar, dağıntılar, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarının bombalanması və aclıqdan başqa heç nəyə nail olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =