Həmasın inadkarlığı öz bəhrəsini verdi; Sionist rejim geri çəkildi

 Sionist rejim Həması müharibəyə başlamaqla hədələməklə əsir mübadiləsini dayandırmaq qərarından döndərə bilməyəcəyini gördükdən sonra atəşkəs razılaşmasından irəli gələn öhdəliklərin bir hissəsini yerinə yetirərək müqavimətin razılığını qazanmağa çalışır.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən,   Fələstin mediası bu gün (13 fevral) bildirib ki, bu gün günorta saatlarına qədər çadır daşıyan ən azı 10 yük maşını Kərəm Şalom keçidindən Qəzza zolağına daxil olub. Xəstə və yaralı fələstinliləri daşıyan 12-ci karvan atəşkəs razılaşmasına uyğun olaraq, xəstələr və yaralıların Fələstin xaricində müalicə oluna bilməsi üçün zolağı tərk edib.

İsrail rejiminin Kanal 12 televiziyası da bu gün elan edib ki, İsrail kabineti Həmasın razılığını almaq üçün tezliklə Qəzzaya yanacaq çənləri göndərəcək və bununla da şənbə günü hərəkatla məhbus mübadiləsinə şərait yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =