Həmasın Trampa cavabı: Razılaşma azadlığın yeganə yoludur

Həmasın Trampa cavabı: Razılaşma azadlığın yeganə yoludur

 Həmas sözçüsü İsrail girovlarının sərbəst buraxılması üçün Netanyahunun atəşkəs razılaşmasından başqa bir yolu olmadığını vurğulayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, ABŞ prezidenti Donald Trumpın Həmas və Fələstin xalqına qarşı təhqiramiz təhdidlərinə cavablarının davamında elan edib: Qəza zolağında qalan İsrail məhbuslarını sərbəst buraxmağın yeganə yolu, danışıqların ikinci mərhələsinə daxil olmaq və vasitəçilik altında imzalanan müqaviləyə riayət etməkdir.

Həmas hərəkatının başqa bir nümayəndəsi Hazem Qasim də bu gün (6 mart) deyib: Trump danışıqların ikinci mərhələsinə başlamaq üçün Netanyahuya təzyiq göstərməlidir. İşğal rejimi Qəzzanın mühasirəsi və bu qərib sakinlərinə qarşı aclıq siyasətini gücləndirmək üçün Trumpın nitqini istismar edir.

Qeyd edək ki, Trump dünən axşam X sosial media hesabında Həmasa xitabən yazıb: Bütün girovları buraxın! Öldürdüyünüz bütün insanların cəsədlərini dərhal geri qaytarın. Əks təqdirdə, işiniz bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =