Həmdan: Düşmən heç vaxt müqavimət cəbhələrini ayıra bilməz
Həmas liderlərindən biri Amerika və Avropanın işğalçı rejimin bölgədəki cinayətlərini dəstəkləməyə davam etməkdə israrlı olduqlarını vurğulayaraq sionist düşmənin müqavimət cəbhələrini bir-birindən ayırmağa çalışsa da, heç vaxt bu məqsədinə nail olmayacağını deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Üsamə Həmdan sionist rejimin Livana vəhşicəsinə hücumları və bu hadisədə minlərlə mülki şəxsin qətliam edilməsi barədə deyib: Biz də son bir neçə gündə Qəzzaya dəstək olan bu ölkənin müqavimətini alqışlayır və təqdir edirik.
Həmdan sonra qeyd edib: Bu gün lazım olan şey Fələstin və Livanda müqavimət əməliyyatlarının dayandırılması müqabilində sionist rejimin bütün cəbhələrdə təcavüzünü hərtərəfli dayandırmasıdır. Sionist düşmən Fələstin və Livandakı müqavimət cəbhələrini təscir etmək üçün bir-birindən ayırmaq istəyir. Amma bu heç vaxt baş verməyəcək.