Həmin şagird bundan öncə də başqa məktəblini vurub – DİREKTOR DANIŞIR

Həmin şagird bundan öncə də başqa məktəblini vurub – DİREKTOR DANIŞIR

Son zamanlar məktəblərdə, şagirdlər arasında baş verən bıçaqlanma hadisələri artıb. Aprelin 19-da Gəncədə, mayın 16-da Sumqayıtda baş verən hadisələrdən sonra bu dəfə analoji hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Digər iki hadisədən fərqli olaraq bu dəfə oğlan şagirdlər bir-birini bıçaqlayıb.

Cinayət hadisəsi şagirdlərin gözü önündə baş verib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Xəsarət alan şagirdə tibbi yardım göstərilib.

218 saylı orta məktəbin direktoru Əbülfət Bağırov deyir ki, hadisə mayın 17-si, uşaqlar dərsdən çıxanda baş verib:

Məktəb direktorunun sözlərinə görə, bu Camal Cabbarovun törətdiyi ilk hadisə deyil. O, bundan öncə də başqa məktəbliyə qarşı buna bənzər hadisə törədib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =