Həniyyə: İşğalçı rejimlə saziş Fələstinə xəyanətdir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri 30-dan çox ərəb və İslam ölkəsinin liderləri və rəsmilərinə bir mesajında dedi: Sionist rejimlə münasibətlərin normallaşdırılması Fələstin məsələsi və İslam ümmətinə xəyanətdir.
HƏMAS saytına istinadən verilən məlumata görə, İsmail Həniyyə Çərşənbə günü verdiyi mesajda Sionist rejimlə münasibətlərin normallaşmasını ərəb ölkələrinin böyük bir siyasi səhvi və Fələstin xalqının hüquqlarının tapdalanması adlandırdı.
O vurğuladı: “Sionist rejimlə saziş Fələstin məsələsi üçün ciddi bir təhdiddir və Fələstin milləti və İslam ümmətinin arxasına bir xəncər saplamaqdır.”
Sionist rejimlə münasibətlərin normallaşmasını İslam dünyasının təhlükəsizlik orqanları üçün böyük bir uçurum adlandırdı və dedi: İşğalçı Sionist rejim uzlaşma yolu ilə İslam ümmətinin strateji dərinliyinə nüfuz etməyə çalışır.
Bildirdi: İşğalçı rejimin gerçək siması və bu uzlaşma prosesindəki niyyətləri gec-tez hamı üçün aydın olacaq. Həniyyə uzlaşmaya qarşı ərəb və İslam ümmətinin mövqelərini gücləndirmək üçün normallaşma planlarına qarşı vahid bir Ərəb-İslam cəbhəsi yaratmağa çağırdı.
Fas, Sudan, BƏƏ və Bəhreyn rəhbərləri bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqi altında sionist düşmənlə münasibətlərin normallaşmasına və Fələstin xalqına xəyanətə məruz qaldılar.