Həniyyə: Sionistlər hədsiz soyqırımlarına rəğmən məqsədlərinə çatmadılar
Həmas siyasi bürosunun sədri deyib: Qəzzə müharibəsindən 100 gün keçməsinə, kəşfiyyat sisteminin həddən artıq aktiv olmasına rəğmən İsrail hələ də öz əsas məqsədinə çatmayıb və hələ də bir hərbi əsirini belə qurtara bilməyib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsmail Həniyyə bu gün (9 yanvar) Dohada təşkil olunan İslam Alimləri Beynəlxalq Birliyinin konfrasındakı çıxışında deyib: Qəzzə müharibəsi təkcə fələstinlilərin deyil, əslində Məscidül Əqsa müharibəsidir.
İsmail Həniyyə həmçinin deyib: Sionist rejimin radikal nazirlər kabinetinin əsas prioriteti Məscidül Əqsadır və Əl Əqsa Tufanı əməliyyatı ilə daha da güclənsə də onların əlçatmaz xülyaları olaraq qalacaq.
Həniyyə vurğulayıb: İslam ümməti və alimlərinin müqavimətə dəstəyinin böyük rolu var. Dünya ölkələri işğalçılara təyyarələrlə silah-sursat göndərir. İndi də müqavimətə silahlı dəstək vaxtıdır. Çünki bu müharibə artıq fələstinlilərin deyil, Məscidül Əqsa müharibəsidir.