Həniyyə sionistlərin Məscidül-Əqsaya hücumu ilə bağlı xəbərdarlıq edib
İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri “Yəhudilərin Xəyali Məbədinin dağıdılması”nın ildönümü mərasimi ilə bağlı sionistlərin Məscidül-Əqsaya hücum planı barədə xəbərdarlıq edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Həniyyə fələstinlilərin müsəlmanların ilk qibləsinə hər hansı bir hücuma qəti şəkildə qarşı olduqlarını vurğulayaraq, Misir, Qətər və BMT rəsmiləri ilə bu mövzuda əlaqə saxlayacaqlarını bildirib.
Bundan əvvəl HƏMAS İslami Müqavimət Hərəkatı mühacirlərin bazar günü Məscidül-Əqsaya hücum etmək qərarına qarşı xəbərdarlıq etmiş və Fələstin xalqının öz torpaqlarını və ziyarətgahlarını müdafiə etmək üçün birləşdiyini və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etmişdi.
Qəzza zolağına qarşı amansız hücumların kölgəsində Məscidül-Əqsaya qarşı hər hansı təcavüzün gözlənilməz nəticələrinə görə bütün məsuliyyəti sionist rejim öz üzərinə götürməlidir.
İordan çayının qərb sahilinin, Qüdsün və 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərini Məscidül-Əqsanı müdafiə etməyə dəvət edərkən HƏMAS İslam və ərəb ümmətini də birinci qibləni müdafiə etmək üçün gedən döyüşdə Fələstin xalqına dəstək vermək məqsədi ilə təcili tədbirlər görməyə çağırıb.