Həniyyə: Tramp getdi və Quds əbədi qalacaq

Həniyyə: Tramp getdi və Quds əbədi qalacaq

Sizinyol xaric imediaya istinadən xəbər verir:

Həmasın siyasi bürosunun rəhbəri Sionist işğalçı rejiminə dəstəyin ABŞ-ın ardıcıl bir siyasəti olduğunu vurğulayaraq dedi: “Tramp getdi, Qüds isə əbədi qalacaq.”

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə, şənbə günü Fələstin iddiasını məhv etmək istəyən ABŞ Prezidenti Donald Trampın yoxa çıxdığını, lakin Qüdsün heç vaxt yox olmayacağını söylədi.

Həniyyə bu sözləri Qüds və Fələstini Beynəlxalq Himayə Koalisiyası və Türkiyə və İslam dünyası münasibətləri  Mərkəzi tərəfindən keçirilən konfransda “Qüds bir əmanətdir… İsraillə münasibətləri normallaşdırma xəyanətdir” şüarı altında iki gün davam edən onlayn konfransdakı çıxışı zamanı söylədi. Konfransda 70 ölkədən olan nümayəndə iştirak edib.

Həniyyə video çıxışında “Bu konfrans ABŞ Prezidenti Donald Trampın dünya siyasi səhnəsindən silinməsi xəbərlərinin qiymətləndirilməsi ilə eyni vaxtda keçirilir. Fələstin məsələsini həll etmək istəyən bu adam (Tramp) yox oldu, Qüds isə heç vaxt yox olmayacaq.” –dedi.

Həmasın siyasi bürosunun rəhbəri: “Güzəşt ümmətin vicdanını ifadə etmir, təəssüf doğuran bir işdir, çünki Fələstin əmanətdir və uzlaşma isə peşmançılıqdır.”- deyərək müsəlman və Ərəb ümmətini Sionist rejimlə mübarizəyə çağırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =