Həniyyənin 3 oğlu İsrailin hücumunda şəhid olub

Həniyyənin 3 oğlu İsrailin hücumunda şəhid olub

Bu gün (çərşənbə) Əl-Cəzirə xəbər kanalı sionist rejimin hücumunda HƏMAS hərəkatının siyasi ofisinin rəhbərinin üç övladının şəhadətə yetirildiyini elan edib.

Sionistlərin Qərbi Qəzzəyə hücumu zamanı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Haniyənin üç övladı və üç nəvəsi şəhid olub.

Bununla bağlı Fələstin mənbələri HƏMAS-ın siyasi büro rəhbərinin üç nəvəsi ilə birlikdə Hazim, Əmir və Məhəmməd Haniyənin şəhid olduğunu təsdiqləyiblər.

KİV-in məlumatına görə, onlar Qəzzanın “Əş-Şati” bölgəsində sionist rejimin avtomobillərini vurması nəticəsində şəhid olublar.

Haniyə övladlarının və nəvələrinin şəhid olması xəbərinə cavab olaraq dedi: 3 övladım və nəvələrimin bəzisinin şəhadəti ilə mənə bəxş etdiyi şərəfə görə Allaha şükür edirəm. Bu ağrılar və qanlarla Fələstin milləti və məsələsinin və İslam ümmətinin gələcəyini və azadlığını quracayıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 16 =