Həniyyənin İnqilabın Ali Rəhbərinə mesajı: Sizin parlaq mövqelərinizlə fəxr edirik

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İnqilabın qələbəsinin 43-cü ildönümü münasibəti ilə İran İslam İnqilabının Ali Rəhbərinə mesaj göndərib və ona dəstək mövqelərinə görə təşəkkür edib.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bazar ertəsi İnqilabın qələbəsinin 43-cü ildönümü münasibətilə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə mesaj göndərib.
Həniyyə bu mesajında İslam İnqilabının qələbəsinin İslami Müqavimət layihəsi üçün böyük nailiyyət olduğunu vurğulayıb. O, İnqilabın Ali Rəhbərinə xitabən deyib: “Fələstin xalqına və onun müqəddəs işinə dəstək verməyinizlə bağlı sizin parlaq mövqeyinizlə dərin qürur duyuruq.”
Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri ötən il İnqilabın qələbəsinin 42-ci ildönümündə olduğu kimi, bu il də həmin münasibətlə İran İslam İnqilabının Ali Rəhbərinə verdiyi mesajda ona təşəkkür edib.
İsmayıl Həniyyə deyib: “Həmas hərəkatı və bizimlə birlikdə Fələstin xalqı bu əlamətdar hadisənin sevincini sizinlə bölüşür və [sizin] şərəfli və davamlı mövqeləriniz üçün dərin minnətdarlığımızı bildiririk.”
Həmas Hərəkatının siyasi bürosunun rəhbəri vurğulayıb: “Hərəkat bu mövqelərin artırılmasına, Fələstinin qələbəsində bu planların davamı və ölkə xalqına dəstəyə, həmçinin, Fələstin məsələsinin üzləşdiyi təhlükələr və çətinliklərin həllində müqavimət planlarına ümidvardır.”