“Hənzələ” gəmisinin saxlanılmasından sonra amerikalı qaradərili fəal döyülüb və boğmağa cəhd edilib

“Hənzələ” gəmisinin saxlanılmasından sonra amerikalı qaradərili fəal döyülüb və boğmağa cəhd edilib

Hüquq müdafiə təşkilatı “Azadlıq Donanması Koalisiyası” bildirib ki, sionist rejim hərbçiləri Qəzzaya humanitar yardım aparan “Hənzələ” gəmisini saxladıqdan sonra onun üzvü, amerikalı qaradərili fəal Kristian Smolza hücum ediblər.

Koalisiyanın açıqlamasına görə, Smolz saxlanıldıqdan dərhal sonra 7 nəfər İsrail hərbçisi tərəfindən vəhşicəsinə döyülüb, sonra boğmağa çalışıblar və ardıcıl təpik zərbələri vurublar.

Qəzzanın mühasirəsinin yarılması üzrə Beynəlxalq Komitə də təsdiqləyib ki, bu zorakılıq nəticəsində Smolzun boynunda və belində ciddi zorakılıq izləri yaranıb.

Hadisə beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub və insan haqları təşkilatları məsələ ilə bağlı təcili araşdırma tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − six =