Hərəkat lideri İraqdakı ABŞ əsgərlərindən danışdı

Hərəkat lideri İraqdakı ABŞ əsgərlərindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq Milli Hikmət Hərəkatının lideri ABŞ qüvvələrinin İraqdan çıxarılmağının lazımlığını vurğulayaraq, Həşdu Şabiyə qarşı irəli sürülən ittihamlara son verilməli olduğunu söyləyib.

İraq Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Həkim, bu axşam Bağdadın Xalani Meydanında Məhərrəm ayının əvvəlində keçirilən illik toplantıda bunları söyləyib: “Ölkənin daxili siyasətilə uyğun olmayan xarici siyasətə malik olmaq mümkünsüzdür. Bölgə ölkələri ilə münasibətlərimizin xatirə fotoşəkilləri çəkdirməklə məhdudlaşmasını istəmirik. Biz maraqlarımıza və prioritetlərimizə əsaslanan münasibətlər istəyirik.”

O, regional problemlərin və münaqişəli məsələlərin həllinə təkid edərək deyib: “Həll olunmamış bir çox regional problem var ki, bunlardan ən əsası ortaq su mənbələri mövzusudur. Bizim təsirli diplomatik mexanizmlərə və cəsarətli siyasi qərarlara ehtiyacımız vardır.”

İraq Milli Hikmət Hərəkatının lideri həmçinin belə qeyd edib: “Eyni zamanda, ölkənin təhlükəsizlik qurumları ilə bağlı mübahisələrə və silahlı qüvvələrin bütün qollarında olan sadiq qüvvələrə qarşı ittihamlara və ən əsası Həşdu Şabiyə qarşı basqılara son verilməli və hökumətin mənafeyini zidd olan və ölkə qanunları çərçivəsində ələ silah alan hər kəslə mübarizə aparılmalıdır.”

Həkim əlavə edib: “Xarici qüvvələrin və ən əsası Amerika qoşunlarının mövcud olmadığı və ərazi suverenliyinə malik bütöv bir ölkə olmağın vaxtı çatıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =