Hər kəsi qarğış etmək olarmı?

Hər kəsi qarğış etmək olarmı?

Nifrin boş və təsiri olmayan söz deyildir. Bəlkə insanlara təsir edib, onları giriftar etmək gücünə malikdir. Ona görə də dinimiz buyurur ki, ancaq o düşmənləri nifrin etmək olar ki, imana gəlmələri üçün ümid yoxdur. Lakin qalan insanları, o cümlədən insanı incidən valideynləri də nifrin etmək olmaz. Çünki kiminsə ölümünü istəmək – bəyənilməyən əməllərdəndir. Valideynin ölümünü istəmək isə – hətta övladını incitsə də – ağvalideyn olmaqdır.

“Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: “Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, ey Rəbbimiz nəhayət (bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi)”.

(Allah) buyurdu: “Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş İlahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin”.

Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: “İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam””. (“Yunus” 88-90).

Bu ayədən göründüyü kimi, Həzrət Musanın (ə) nifrini sayəsində Firon məhv olur və ölür. Həmçinin Həzrət Musanın (ə) nifrini sayəsində Bəni-İsrayil qövmü sərgərdan olmuşdular. Əgər insan elə iş görsə ki, nifrin ona şamil olar – bu zaman həmin insan nifrin sayəsində sərgərdan olar. Özünə yer tapmaz və dəli kimi olar.

Qəlbin qəsavət bağlaması və daşlaşması da nifrinin təsirlərindən biridir.

Beləliklə deyə bilərik ki, yaxınlarını və dostlarını nifrin etmək – bəyənilməyən əməllərdəndir. İlahi peyğəmbərlər (ə) yalnız öz qövmlərindən əllərini üzən zaman onları nifrinləyirdilər.

Nifrin etmək – bir növ intiqam almaqdır. Halbuki, dinimiz güzəşt etməyi və bağışlamağı intiqamdan üstün bilir. Ona görə də insanları nifrin etməkdən çəkinin. Çünki ardınca çox böyük bəlalar gətirə bilər. (Beytutə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =