Hərbi fəallıq pik həddə: İngilis qırıcısı Rusiyaya yaxınlaşdı

Hərbi fəallıq pik həddə: İngilis qırıcısı Rusiyaya yaxınlaşdı

Böyük Britaniyaya məxsus strateji kəşfiyyat təyyarələri Qara dənizin hava məkanına daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Boeing RC-135W Rivet Joint” elektron kəşfiyyat təyyarəsi Qara dəniz bölgəsinə daxil olaraq Rusiya silahlı qüvvələrinin Krım və Qara dənizdəki fəaliyyətini izləməyə başlayıb.

NATO hərbi təyyarəsinin hərəkət xəritəsinə əsasən, Leykenhit Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq Avropa üzərindən keçərək, şimal-qərbdən Ukraynanın hava məkanına daxil olub, ölkənin mərkəzi hissəsi, sonra Odessa vilayəti üzərindən uçub.

Bundan sonra kəşfiyyat heyəti cənuba doğru irəliləyib, bundan sonra Rusiyanın ərazi sularının cənub sərhədinə yaxınlaşıb. Təyyarənin Kerç boğazı ətrafında dövrə vurduğu bildirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + two =