Hərbi qulluqçularımız İranda səfərdədirlər

Bu barədə Publika.az Müdafiə Nazirliyindən bildirilib.
Müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.
Qeyd edək ki, “Snayper həddi” müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.
Publika.az