Həsən Pezük: “Bakı-Tiblisi-Qars vasitəsi ilə daşımalar 100 %-dən çox artıb”

Həsən Pezük: “Bakı-Tiblisi-Qars vasitəsi ilə daşımalar 100 %-dən çox artıb”

“Bu ilin I rübündə Türkiyədən Avropaya dəmir yolu ilə daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artıb”.

Bunu Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryollarının (TCDD Transportation) Baş direktoru Həsən Pezük deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbi ilə bir çox sektorda olduğu kimi nəqliyyat sektorunda da dəyişikliklər yaşanıb: “Pandemiyadan sonra bu dəyişikliklərin yaratdığı yeni reallıqda dəmir yolu, avtomobil və dəniz yolları vasitəsilə kombinə edilmiş yük daşımalarıyeni qaydada daha çox əhəmiyyət kəsb edəcək. Yük maşını qutuları ilə daşımalar alternativ nəqliyyat imkanı kimi ön plana çıxacaq”.

Uzun məsafəli dəmir yolu daşımalarında yüksək əlavə dəyərli malların daşınmasının artdığını bildirən H.Pəzük: “Yük maşını qutuları ilə daşımalarındakı artımın, son 18 ildə dəmiryoluna qoyulan investisiyaların nəticəsidir. Dəmir yolu inkişaf etdikcə vaqon növlərinin çeşitləndirilməsi ilə daşınan yüklərin həcmində artım oldu.

Dəmir yolu ilə yük maşını qutuları ilə daşınmasının ekolojı, sərhəd qapılarında keçid və gömrük rahatlığı, səmərəli işçi heyəti, nəqliyyat vasitələrinin istifadəsi və həcm kimi üstünlükləri var. Avtomobil yollarındakı sıxlığı azaltmaqla yanaşı, daşınan malların hər hansısa transfer olmadan son mənzilə çatdırılır”.

“Türkiyənin dünya ilə rəqabətində ən mühüm faktor nəqliyyat sektorudur. Prezidentimizin liderliyində, Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbərliyi altında sektorumuzda hamımızı qürurlandıran ilklər var və beynəlxalq dəmir yolu daşımaları ilə ixracatçılarımıza ən böyük dəstək verilir. Ötən il TCDD Transportation olaraq İran istiqamətində daşımalarda 60 %, Bakı-Tiblisi-Qars və Orta Dəhliz vasitəsi ilə daşımalarda 100 %-dən çox və Avropaya daşımalarda isə 25 % artım qeydə alınıb.”- deyə o bildirib.

Cümhuriyyət tarixinin rekordlarının qırıldığı dəmir yolu nəqliyyatında artımların bu il də davam etdiyini vurğulayan H.Pezük: “Bu ilin I rübündə 26 % artıma nail olduq. Yük maşını qutuları ilə daşımalarda tələb olduğu təqdirdə, səyahət sayını artırarkən, bu daşımaları fərqli istiqamətlərdə də həyata keçirmək üçün səylərimizi davam etdiririk. Tekirdağ, Ömerli (İstanbul) və Marmaray Boğaz Boru Keçidi ilə Anadolu tərəfdən yük maşını gövdəsinin nəqlinə başlamağı planlaşdırırıq”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =