Həsən Ruhani: ABŞ iranlıların çörək növbəsinə duracağını təsəvvür edirdi, lakin…

Həsən Ruhani: ABŞ iranlıların çörək növbəsinə duracağını təsəvvür edirdi, lakin…

“Son illərdə layihələrin açılışı hegemona vurulan böyük bir zərbə idi. Onlar bizim iqtisadiyyatımızı dayandırmaq istəyirdilər. Xam-xəyallarla ölkə xalqının uzun-uzadı çörək növbəsində durmalarını təsəvvür edirdilər. Lakin belə bir şey son üç il ərzində baş verməyib və bu iqtisadi müharibə 30 il də davam etsə iranlılar müqavimət göstərəcəklər. Düşünürəm ki, artıq bu müharibənin ömrü bitib. Bu müharibəni idarə edən şər rəhbərin siyasi ömrünün son anlarıdır.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani ölkədə enerji sahəsində bir sıra layihələrin açılışı mərasimində deyib.

Həsən Ruhani, sözgedən layihələrin açılışının, ölkə iqtisadiyyatına qarşı aparılan müharibə ərəfəsində ən tutarlı cavablardan biri olduğunu deyib.

O bildirib ki, ABŞ maksimum təzyiq siyasətilə ölkə xalqının çörək növbəsinə duracaqlarını gözləyirdi, lakin intensiv layihələrin açılışı baş tutdu və qarşı tərəf böyük cavablar aldı.

Həsən Ruhani əlavə edib ki, İrana qarşı iqtisadi müharibəyə rəhbərlik edənin siyasi ömrünün sonuna az qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + three =