Həşd Şəbi Kərkükün əsas yolunu nəzarətə götürdü
İraqın Həşd Şəbi qüvvələri ölkənin şimalındakı əhəmiyyətli Kərkük yolunun təmizləndiyini elan edib. Məlumata əsasən, İraq qüvvələrinin 16-cı briqadasının mühəndis bölüyü və nəqliyyat şöbəsi Kərkük yolundakı Sami əl-Assi və ər-Rəşad kəndləri arasındakı əhəmiyyətli yolu təmizləyib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, İraqın Federal Polisi İŞİD terrorçu qrupda müxtəlif vəzifələrdə olan iki terrorçusunun həbs olunduğunu açıqlayıb. Digər tərəfdən, Həşd Şəbinin 22-ci briqadası Şərqi Salahəddin əyalətindəki Əl-Ayt bölgəsində maddi-texniki təchizat və minalanmış motosikletin tapıldığı İŞİD sığınacağının aşkar edildiyini bildirib.