“Həşd Şabi” cihad fətvasının verilməsi il dönümünü belə qeyd edəcək

“Həşd Şabi” cihad fətvasının verilməsi il dönümünü belə qeyd edəcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, 13 İyun -İraqdakı “Həşdi Şabi” Təşkilatının qurulmasına səbəb olan İraq şiələrinin ali mərcəsi tərəfindən cihad fətvasının verilməsinin yeddinci ildönümü ərəfəsində bəzi məlumatlı mənbələr, bu təşkilatın İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa əl-Kaziminin razılığı ilə hərbi parad keçirmək niyyətində olduğunu bildirmişlər.

Bəzi sosial şəbəkələrdə “Həşdi Şabi” təşkilatının müxtəlif hərbi briqadalarının bu hərbi parada hazırlaşdıqlarının fotoları da paylaşılmışdır.

Ayətullah Seyyid Əli Sistaninin, 13 iyun 2014-cü ildəki tarixi fətvası İraq Xalq və Hərbi Təşkilatı olan “Həşdi Şabi”-nin qurulmasına səbəb oldu. Bu fətvadan sonra İŞİD-lə mübarizə üçün milyonlarla İraqlı könüllüdən ibarət “Həşdi Şabi” xalq təşkilatı quruldu. “Həşdi Şabi”-nin ilk qurucuları İraq şiələrindən ibarət olsa da, sonralar sünnilər, kürdlər, xristianlar və izədilər də daxil olmaqla digər İraq etnik və dini qrupları bu təşkilata qoşuldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + three =