Həşdi Şəbi Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün hazır vəziyyətdədir

Həşdi Şəbi Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün hazır vəziyyətdədir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Həşdi Şəbi təşkilatı imam Hüseynin (ə) Ərbəin mərasimində iştirak edəcək zəvvarların təhlükəsizliyini təmin etmək üçün qüvvələrini Diyala bölgəsində hazır vəziyyətə gətirdiyini açıqladı.

Həşdi Şəbi Təşkilatı bu gün (çərşənbə) Ərbəin zəvvarlarının təhlükəsizliyi ilə bağlı bir açıqlama yaydı.

Əl-Məlumə saytının verdiyi məlumata görə, Diyala vilayətində məsuliyyət daşıyan 110-cu Həşdi Şəbi Briqadası Kərbəlaya doğru irəliləyən Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələri ilə hazır vəziyyətdədir.

Bəyanatın davamında deyilir: “Briqada qrupları təhlükəsizlik missiyaları xaricində İmam Hüseyn (ə) zəvvarlarına dəstək verəcək və mənəvi yardım göstərəcəklər. Koronavirusun yayılmasının qarşısını almaq üçün xüsusi dezinfeksiya kampaniyaları da davam edəcək.”

Bu baxımdan, İraqın “Əl-Sabah” rəsmi qəzeti Kərbəla vilayətinin yerli rəhbərliyinin ölkədə koronavirusun yayılmasına baxmayaraq, bu il Ərbəindəki zəvvar sayının əvvəlki illərlə müqayisədə 70 %-dən çox artacağını proqnozlaşdırdığını yazdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + seventeen =