Həşdi Şəbi: Amerikanın təzyiqi heç vaxt bizə Suriya xalqına yardım göstərməyə mane olmayacaq

Həşdi Şəbi: Amerikanın təzyiqi heç vaxt bizə Suriya xalqına yardım göstərməyə mane olmayacaq

İraq Xalq Səfərbərlik Təşkilatının Əl-Ənbar əməliyyatının komandanı bu təşkilatın Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə yardım edilməsinin başında olduğunu vurğulayıb.

Əl-Ənbardakı Həşdi Şəbi əməliyyatının komandiri Qasım Muslih bu təşkilatın Suriya zəlzələsindən zərər çəkənlərə yardım edənlərin başında olduğuna diqqət çəkərək, Suriya xalqına yardım karvanlarının göndərilməsi üçün Suriya hökuməti ilə koordinasiya edildiyini bildirib.

Onun sözlərinə görə, Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində dağıntıların altından insanların çıxarılmasına kömək etmək üçün Həşdi Şəbi qüvvələrinə məxsus ağır maşın və texnikalar göndərilib.

Əl-Məyadin kanalının məlumatına görə, Muslih həmçinin bildirib ki, Həşdi Şəbi İraqdan Suriyaya göndərilən yardım karvanının təhlükəsizliyinə cavabdehdir.

O, ABŞ-ın hərbi əməliyyatlar keçirmək bəhanəsi ilə Həşdi Şəbi yardım karvanlarından birinin Suriyaya gəlməsini gecikdirməsinə toxunaraq deyib:

 “Amerikanın Suriya xalqına yardımın çatdırılmasını gecikdirmək üçün təzyiqləri heç vaxt səylərimizə təsir göstərməyəcək.”

Qərbi Asiya və Şərqi Aralıq dənizinin bir çox bölgəsini silkələyən və Türkiyə ilə yanaşı, Suriyanın şimalının bir çox bölgəsini dağıdan və Türkiyənin mərkəzində Rixter cədvəli üzrə 7,8 bal gücündə baş verən zəlzələdən bir neçə gün keçir.

Dünənki statistikaya görə, Suriyada 3317 nəfərin bu fəlakətin qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =