Həşdi Şəbi: Biz istənilən xarici sui-qəsdlərlə mübarizə aparmaq əzmindəyik

Həşdi Şəbi: Biz istənilən xarici sui-qəsdlərlə mübarizə aparmaq əzmindəyik

İraqın Həşdi Şəbi Təşkilatı verdiyi açıqlamada, imam Hüseynin (ə) yaxınlaşan Ərbəin ziyarətinə istinad edərək, xarici sui-qəsdlərlə mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.

İraqın Xalq Səfərbərlik Təşkilatı bəyanatında Sədrə və İraqın digər rəhbərlərinə və bu ölkə xalqına son bir neçə gündə baş verən hadisələrdə bir sıra vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

Bu bəyanatda Ərbəin ziyarətinin yaxınlaşması ilə bağlı deyilir: “Biz Həşdi Şəbi olaraq öz vəzifəmizi yerinə yetirmək və xlqa xidmət etməyə davam edəcəyik və hər hansı xarici planın qarşısını alacağıq. Fitnə kanallarını və onların muzdlularını aradan qaldırmaqda qərarlıyıq və biz müqəddəs Ərbəin mərasiminin uğurla keçirilməsi üçün xidmətimizi davam etdirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + five =