Həşdi Şəbi iki təhlükəli İŞİD terrorçusunu tələyə salıb-Foto
Həşdi Şəbi iki İŞİD terrorçusunu İraqda terror əməliyyatları keçirməyə müvəffəq olmamışdan əvvəl ələ keçirdiyini açıqlayıb.
Həşdi Şəbi təşkilatı bu gün (çərşənbə axşamı) yaydığı bəyanatda İŞİD terror qruplaşmasının iki təhlükəli üzvünün İraqın şimalında və qərbində iki ayrı əməliyyatda həbs edildiyini açıqlayıb.
“Məvazin News” saytının məlumatına görə, bu bəyanatda bildirilir ki, bu iki terrorçu Neynəva vilayətində və Əl-Ənbar vilayətinin Fəllucə şəhərində fəaliyyət göstərmək niyyətində olublar. Onlar əməliyyatdan əvvəl müəyyən edilib və məhkəmə əmri alındıqdan sonra həbs ediliblər.
Həşdi Şəbinin məlumatına görə, bu iki terrorçu Suriyanın şimal-şərqindəki Əl-Hul düşərgəsindən İraqa daxil olub. İŞİD terrorçularının ailələrinin saxlandığı yer olan bu düşərgə Suriya kürd silahlılarının nəzarətindədir.
Avqustun 14-də İŞİD terror qruplaşması özünün “Ən-Nəbə” virtual nəşrində bir ay ərzində iyulun 29-dan avqustun 5-dək İraq və Suriyada 16 terror əməliyyatı həyata keçirdiyini iddia edib.
Suriyanın Raqqa və İraqın Mosul şəhərlərinin azad edilməsinə və İŞİD təkfirçi qruplaşmasının xilafətinin sona çatmasına baxmayaraq, bu qruplaşmanın üzvləri bir neçə nəfərdən ibarət kiçik qruplar şəklində vaxtaşırı hərbçilərə və mülki şəxslərə hücum edir, insan və maddi itkilərə səbəb olur.