Həşdi Şəbi İŞİD-in böyük silah anbarlarından birini aşkar edib

Həşdi Şəbi İŞİD-in böyük silah anbarlarından birini aşkar edib

İraqın Xalq Səfərbərlik qüvvələri bu ölkənin qərbində İŞİD terrorçularının böyük silah anbarını aşkarlayaraq məhv edə bilib.

Həşdi Şəbidəki təhlükəsizlik mənbəsi bu gün (şənbə) bildirib ki, bu təşkilatın qüvvələri Əl-Ənbar vilayətinin qərbində İŞİD terrorçularının bir neçə sığınacağını aşkarlaya bilib və onlardan birində çoxlu sayda silah-sursat ələ keçirilib.

O, “Əl-Məlumə” saytına deyib ki, bu sığınacaqlar Suriya sərhədi yaxınlığındakı “Rəvah” bölgəsinin səhralarında aşkar edilib və onlardan birinin içərisində müxtəlif silahlar və bomba hazırlamaq üçün xammal aşkarlanıb.

Bu əməliyyat təhlükəsizlik və kəşfiyyat orqanlarının hesabatları və terrorçuların şübhəli hərəkətləri ilə bağlı bölgə sakinlərinin xəbərləri əsasında həyata keçirilib və hələ də davam edir.

Sözügedən təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, Həşdi Şəbi qüvvələri və İraq ordusu Əl-Ənbar vilayətinin səhralarında İŞİD-in sığınacaqlarının aşkarlanması və onların məhv edilməsi ilə ciddi məşğuldur. Əl-Ənbar vilayəti İraqdakı səssiz İŞİD hücrələrinin əsas toplanma mərkəzlərindən biri hesab olunur.

Bir müddət əvvəl, yanvarın 10-da Həşdi Şəbi İraqın mərkəzində yerləşən Salahəddin əyalətində İŞİD-in çoxlu miqdarda silah və sursat olan bir neçə strateji silah anbarının aşkar edilərək məhv edildiyini açıqlamışdı.

2017-ci ilin iyununda Mosulun azad edilməsi ilə İŞİD-in idda ediln xilafətinin sona çatmasına baxmayaraq, terrorçuların qalıqları səhra ərazilərində, xüsusən də, Neynəva vilayətinin qərbində, Suriya sərhədi yaxınlığında qaçıb gizlənə biliblər. Onlar Əl-Ənbar əyaləti və sərhəd bölgələri, həmçinin Səlahəddin və Diyala əyalətlərinin dağlıq ərazilərində vaxtaşırı bir neçə nəfərdən ibarət qruplar halında əsgərlərə və sadə insanlara hücum edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 3 =