Həşdi Şəbi İŞİD liderini Nəcəf Əşrəfdə tələyə saldı
Sizinyol xarici mediaya xəbər verir:
İraqdakı Həşdi Şəbi Təşkilatı Nəcəf Əşrəf şəhərində terror qruplaşmasının liderlərindən birinin həbs olunduğunu elan etdi.
İraqın Həşdi Şəbi Məlumat Bürosu Nəcəf Əşrəf şəhərində İŞİD terror qruplaşmasının ən önəmli liderlərindən birinin həbs olunduğunu açıqladı. Açıqlamaya görə, “Sisi” adlı terrorçu şəhərdəki anti-terror əməliyyatların zamanı ələ keçirilib.
Həşdi Şəbi qüvvələri bu həftə Diyala, Səlahəddin və Əl-Ənbar vilayətlərində İŞİD-in qalan ünsürləri ilə mübarizə apararaq bu vilayətlərdəki sığınacaqlarını məhv etmək üçün bir sıra anti-terror əməliyyatları həyata keçirdi.