Həşdi Şəbi komandiri: ABŞ-ın İraqdan çıxması ilə İŞİD-dən əsər-əlamət qalmayacaq

Həşdi Şəbi komandiri: ABŞ-ın İraqdan çıxması ilə İŞİD-dən əsər-əlamət qalmayacaq

İraq Xalq Səfərbərlik Təşkilatının 41-ci diviziyasının komandiri bildirib ki, Amerika qüvvələri ölkəni tərk edərsə, bir neçə gün ərzində İŞİD-dən əsər-əlamət görməyəcəyik.

İraqın Xalq Səfərbərlik Təşkilatının (Həşdi Şəbi) 41-ci Diviziyasının komandiri Qasim Əl-Kəriti bu gün axşam (bazar günü) ABŞ ordusunun İraqda terrorla mübarizə prosesindəki uğursuzluqlarını sərt şəkildə tənqid edib.

Əl-Kəriti “Əl-Əhd” xəbər kanalına deyib ki, Amerika qüvvələri İraqda təhlükəsizlik əməliyyatları prosesinə təsir edir və bu səbəbdən onlar bu ölkədən qovulmalıdırlar.

İŞİD-lə müharibənin iraqlı gənclərin əzmkarlığını gücləndirdiyini deyən Əl-Kəriti buna belə aydınlıq gətirib:

Amerika qüvvələri ölkəni tərk edərsə, bir neçə gün ərzində burada İŞİD-dən əsər-əlamət qalmayacaq.”

Həşdi Şəbinin bu komandiri bəzi siyasətçilərin İraqın bəzi bölgələrində təhlükəsizliyin hökm sürməsini istəmədiklərinə işarə edib: Buna səbəb onların böhran yaratmaqla mənfəət əldə etmələridir.

İŞİD ünsürlərinin İraqda çox sayda insanı öldürdüyünə diqqət çəkən əl-Kəriti, həmçinin bunları açıqlayıb:

“Qərb əyalətlərində İŞİD-ə müxalif olan kəslərin çoxlu kütləvi qəbiristanlıqlar tapdıq.”

Bu il İraq İŞİD terror qruplaşmasının məğlubiyyətinin beşinci ildönümünü qeyd edir.

Bir çox müqavimət komandirləri və İraq siyasətçiləri İŞİD-lə mübarizədə İran İslam Respublikasının dəstəyinə görə Tehrana təşəkkür ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =