Həşdi Şəbinin Diyalada İŞİD-ə qarşı kütləvi əməliyyatı

Həşdi Şəbinin Diyalada İŞİD-ə qarşı kütləvi əməliyyatı

İraqın Həşdi ŞəbiTəşkilatı qüvvələrinin bu ölkənin Diyala əyalətində İŞİD terror qruplaşmasının qalıqlarına qarşı geniş və ətraflı əməliyyatı başlayıb.

Əhd saytının məlumatına görə, Həşdi Şəbiyə bağlı Diyala əməliyyat komandanlığı bu gün şənbə günü Diyali əyalətinin Əl-Əzim bölgəsinin şimal-şərqində yerləşən Humrəyn dağ silsiləsində İŞİD elementlərini təqib etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

Bu əməliyyatın komandiri Seyid Talib Əl-Musəvi vurğulayıb: Bu əməliyyat çox dəqiqdir və Həşdi Şəbinin ümumi təhlükəsizlik idarəsindən alınan məlumatlar əsasında həyata keçirilir.

O deyib: Düşmənin yerləri və sığınacaqları onların hərəkətlərini izlədikdən sonra hərbi kəşfiyyat bölməsi tərəfindən dəqiq müəyyən edilib.

Əl-Musəvi qeyd edib ki, məlumatların uyğunlaşdırılmasından sonra bu əməliyyat bu gün (19 noyabr) səhər saat 7:00-da Bağdad-Kərkük yolu ilə Qara Təbəh bölgəsindəki Eyn Leyla yolu arasındakı ərazidə beş əsas istiqamətdə başlayıb.

O bildirib ki, bu əməliyyat ordunun bütün Həşdi Şəbi və hava qüvvələri birlikləri tərəfindən dəstəklənir və hazırda çox yaxşı şəkildə həyata keçirilir.

Bu hesabata görə, Həşdi Şəbi də bu bölgədə qalan İŞİD ünsürlərinə qarşı bir neçə uğurlu əməliyyat həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + three =