“Həşdi Şabi” İŞİD-çilərin planını puç etdi

“Həşdi Şabi” İŞİD-çilərin planını puç etdi

Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, İraqın “Həşdi Şabi” qüvvələri ötən çərşənbə günü axşam saatlarında İŞİD terrorçularının Diyalə əyalətinə hücum cəhdinin qarşısını alıblar.

Bildirilir ki, terrorçuların Əhməd Tahir kəndinə olan hücum planı puç edilib və onlar qaçmağa məcbur ediliblər.

Həmçinin Ənbar əyalətinin qərb hissəsində də iki terrorçu məhv edilib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, İŞİD terror təşkilatı süqut edib. Terrorçuların qalıqlarına qarşı əməliyyatlar isə uğurla davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =