Həşdi Şabi qüvvələri İŞİD-in sığınacağını darmadağın etdi

Həşdi Şabi qüvvələri İŞİD-in sığınacağını darmadağın etdi

“Cahan Nyus” Xəbər Agentliyinin verdiyi məlumata görə, “Bədr əl-Səvatir” kimi tanınan “Həşdi Şabi”nin (İraq Xalq Səfərbərlik Qüvvələri) birinci briqadasının raket bölməsi İraqın şərqindəki İranla sərhəd Diyala vilayətinin Neftxana bölgəsində, İŞİD terrorçularının sığınacaqlarına darmadağın edib.

“Sabirin Nyus”-un verdiyi məlumata görə, Həşdi Şabinin birinci briqadasının kəşfiyyatı İŞİD terrorçularının yerini aşkarladıqdan sonra güclü zərbə ilə sığınacaqları hədəfə alıb və bu zərbə onlara ciddi tələfat verib.

Vurğulanır ki, Həşdi Şabi qüvvələri hələ də terrorçuları təqib etməkdədirlər. Ordu qüvvələri də onlara köməyə gəlib.

Çərşənbə axşamı Neftxana daxilində İŞİD terrorçuları ilə qarşıdurmalarda Həşdi Şabi üzvlərindən də 5-i şəhid olub.

Son bir ildə Həşdi Şabi qüvvələri İraq vilayətlərində, xüsusən də İraqın şərqindəki Diyala vilayətində İŞİD qalıqlarının hücumlarının dəf edilməsində mühüm və təsirli rol oynayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =