H.q. 1443-cü ilin Təməttö Həcci “Allahumə Ləbbəyk” nidası ilə başlandı-Foto/Video

H.q. 1443-cü ilin Təməttö Həcci “Allahumə Ləbbəyk” nidası ilə başlandı-Foto/Video

Bu gün bir milyon zəvvar Ərəfata gedir.

Bu gün sübh vaxtı Təməttö həcc mərasimləri başlayıb və ehram paltarı geyinmiş Təməttu həcc zəvvarları Ərəfat səhrasına getmək üçün “Ləbbəyk, Allahumə Ləbbəyk” şüarı səsləndirərək Kəbəni təvaf ediblər.

1443-cü il hicri-qəməri ayının həcc əməlləri bu gün başlayıb və müxtəlif ölkələrdən olan bir milyondan çox Həcc zəvvarları ağ ehram paltarları geyinərək Məscidül-Hərama doğru hərəkət edərək “Ləbbəyk Allahumə Ləbbəyk” şüarları səsləndiriblər.

Korona virusunun yayılması səbəbindən son 2 ildə məhdudiyyətlərlə müşayiət olunan Həcc mərasimi müsəlmanların ən böyük toplantısı hesab olunur.

1443-cü il Səudiyyə Ərəbistanında Zilhiccə ayının 8-i “Yəvmut-Tərviyyə” adlanan həcc ziyarətinin zəvvarları bu gün axşamdan sabah səhərə qədər (Zilhiccənin 9-u) Ərəfata daxil olurlar və Ərəfatda çadırlarıda gecələyirlər.

Həddən artıq sıxlığın qarşısını almaq üçün müxtəlif ölkələrdən olan zəvvarlara xüsusi vaxt cədvəli elan edilib ki, zəvvarlar qrafikə uyğun olaraq Allah evinə daxil olaraq ehram paltarı geyinsinlər və həcc əməllərini yerinə yetirə bilsinlər.

Zəvvarlar Ərəfatda dayandıqdan sonra Ərəfat günü günortadan gün batana qədər Məşərdə qalır, sonra Minaya gedərək şetana daş atır, Qurban kəsimindən sonra saçlarını kəsdirir, Minada isə Təqsir və digər həcc ayinlərini yerinə yetirirlər.

2 ildən sonra milyonlarla həcc ziyarətinə gedən zəvvarlar sübhdən Məscidül-Həramı ziyarət edərək ehtam paltarı geyinib.

Bütün zəvvarlar ehram paltarı geyərək Ərəfata getdikdən sonra Məscidül-Həram boş qalır və zəvvarlar Ərəfatda Həcc mərasimlərini yerinə yetirirlər.

Ötən saatlarda müxtəlif ölkələrdən zəvvarlar Ərəfat səhrasına daxil olub və zəvvarların köçürülməsi prosesi davam edir.

Qeyd edək ki, zilhəccənin 10-u (İyulun 10-u) Qurban bayramıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − one =