Haarets: Qalantdan sonra növbəti qurban Halevidir

Haarets: Qalantdan sonra növbəti qurban Halevidir

Haarets qəzeti baş nazirin səhvləri üzündən müharibə nazirindən sonrakı qurbanın baş qərargah rəisinin olduğunu proqnozlaşdırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haarets qəzeti dünən axşamkı (17 sentyabr) sayında yazıb: Netanyahu və Genon Sair arasındakı sövdələşmədən sonra baş qərargah rəisini birgə seçmək üçün razılaşması da baş tutdu. Belə ki, artıq Herz Halevinin istefasını gözləməyəcək və onu öz vəzifəsindən uzaqlaşdıracaqlar.

Haaretsə görə, bu sövdələşmə öz qüvvəsində qalarsa, Qalantdan sonra növbəti qurban kreslosunda oturmaq məcburiyyətində qalan Herzii Halevi olacaq.

Xatırladaq ki, sentyabrın 13-də baş qərargah rəisi Herzi Halevinin istefası barədə xəbərlər yayılmışdı.

Xəbərlərdə deyilirdi ki, bu vaxta qədər ordu 2023-cü il oktyabrın 7-də hərbi rəhbərliyin buraxdığı səhvlərlə bağlı araşdırmanı başa çatdırmalı idi. Halevinin dekabrın sonunda istefa verməzdən əvvəl daxili yoxlamaların nəticələrini ictimaiyyətə açıqlayacağı gözlənilir. Eyni müddətə qədər İsrail Müdafiə Qüvvələri Livanda potensial hərbi əməliyyata hazırlığı başa çatdırmalıdır.

Bununla yanaşı, Hizbullahla münaqişənin şiddətlənəcəyi təqdirdə Halevi vəzifəsində qala bilər.

Amma İsrail ordusunun Mətbuat Xidməti bu məlumatı təkzib edərək: “Baş Qərargah rəisinin təklif olunan istefa tarixi ilə bağlı bu məlumat yalandır və əsassızdır” demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =