Haaretz iddia edib: Amerika Tel-Əvivə İraqdakı hərbi əməliyyatlar üçün yaşıl işıq yandırıb

Haaretz iddia edib: Amerika Tel-Əvivə İraqdakı hərbi əməliyyatlar üçün yaşıl işıq yandırıb

Sionist qəzet iddia edib ki, Vaşinqton İraq və Suriya sərhədlərində müəyyən bölgələrdə hava əməliyyatları həyata keçirmək üçün Tel-Əvivə yaşıl işıq yandırıb.

Sionist “Haaretz” qəzeti bu gün (çərşənbə axşamı, yanvarın 7-də) bir xəbər dərc edərək iddia edib ki, Amerika Birləşmiş Ştatları Tel-Əvivə İraq daxilində konkret bölgələrdə hava hücumları həyata keçirməyə icazə verib.

İraqın “Bağdad Əl-Yəvm” saytında dərc edilən bu məlumata görə, “İraqın hava məkanına nəzarət edən ABŞ hökuməti İsrailə hərbi hücumlar həyata keçirməsi üçün yaşıl işıq yandırıb. Həmin dəhlizlər əsasən İraq və Suriya sərhədində yerləşir.

Bu sionist qəzet adının çəkilməsini istəməyən bir amerikalı məmura istinadən iddia edib:

“İsrail İraq və Suriya arasında bu dəhlizlərdən istifadə etməyi xoşlayır, çünki Suriyanın müdafiə sistemləri bölgədə davamlı olaraq uçan Amerika təyyarələri ilə İraq daxilində hədəflərə hücum edən İsrail təyyarələrini ayırd edə bilmir.”

 “Haaretz”in məlumatına görə, Donald Trampın prezidentliyi dövründə ABŞ-la İran və Rusiya arasında gərginliyin artması qorxusundan sionist rejim təyyarələrinin İraq və Suriya daxilində əməliyyatlar aparmasının qarşısı alınıb.

2018-ci ildən sonra vəziyyət dəyişib və İsrail təyyarələri Ağ Evin birbaşa icazəsi ilə bu ölkələrin səmasında fəaliyyət göstərib.

Məhz 2019-cu ilin avqustunda Amerika rəsmiləri “New York Times” qəzetinə verdiyi müsahibədə sionist rejimin Həşdi Şəbi qüvvələrinin İraqdakı silah anbarlarını bombaladığını açıqlamışdı.

Eyni zamanda, Əl-Cəzirə bir təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, keçən ay sionist rejim Bağdadın şimalındakı bazanı Suriyaya silah ötürmək üçün istifadə olunduğu bəhanəsilə bombalayıb.

Sionist rejimin baş naziri “Benyamin Netanyahu” sionist rejim qırıcılarının İraqa hücumlarına üstüörtülü şəkildə toxunaraq, İranın heç bir yerdə toxunulmazlığa malik olmayacağını və bu rejimin İranın İraq, Suriya, Yəmən və Livanda İsrailə qarşı qurduğu hərbi bazalara hücum edəcəyini vurğulayıb.

Bundan əlavə, Amerika media mənbələri, o cümlədən, Wall Street Journal sionist mənbələrə istinadən dəfələrlə bəyan ediblər ki, İraq və Suriya sərhədlərində yanacaq və ya ərzaq daşıyan karvanlara qarşı hava hücumları İsrail qırıcıları tərəfindən törədilib.

Suriyanın daxilində və İraq sərhədləri yaxınlığında həyata keçirilən sonuncu hücum təxminən on gün əvvələ təsadüf edir. Suriya mənbələrinə görə, Suriyanın şərqindəki “Əl-Bukmal” bölgəsində və İraq sərhədi yaxınlığında sionist rejimin pilotsuz təyyarəsi ilə hücum həyata keçirilib və üç dəfə İraq sərhədindən qanuni yolla Suriyaya daxil olan ərzaq və sanitar ləvazimatları daşıyan yük maşınları hədəfə alınıb.

Keçən noyabrda İraq və Suriya sərhədində yanacaq daşıyan yük maşınlarına hava hücumundan bir neçə saat sonra Amerikanın “Wall Street Journal” qəzeti xüsusi mənbələrinə istinadən İsrail qırıcılarının Suriyanın şərqində konvoyu bombaladığını təsdiqləyib.

Wall Street Journal bu konvoyun silah daşıdığını iddia etdi, lakin sonradan məlum oldu ki, yanacaq tankerlərindən ibarət karvan Əl-Bukmal istiqamətində sərhəd keçidindən keçdikdən sonra hücuma məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + sixteen =