Haaretz, İsrail 10 aydır yerində addımlayır
Sionist mediaları 10 aylıq müharibədən sonra İsrailə qarşı təhlükəli parametrlərin heç birinin zəifləmədiyini, eyni zamanda, məqsədlərə çatmaq üçün heç bir irəliləyişin olmadığını etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Haarets qəzeti bugünkü (6 avqust) sayında yazdığı bir məqalədə yazır: 7 oktyabr hadisələrindən 10 ay sonra İsraili təhdid edən amillərdə zəiflik müşahidə olunmaması bir tərəfə, əksinə İsrail hər zamankından daha çox genişmiqyaslı regional müharibənin astanasındadır.
Məlumata görə, İsrailə qarşı hərtərəfli regional müharibə heç də gözlənilməz deyil və Qəzza zolağında 115 israilli məhbusun vəziyyəti daha da mürəkkəbləşməkdən əlavə, hələ də girovdadırlar.
Haarets girovların vəziyyətinin çox pis olduğunu qeyd edərək yazır: Həmas liderinin terrorundan öncə girovların azadlığı barədə razılıq müzakirələri az da olsa nəticə verəcəyi ümid edilirdisə, hal-hazırda bu ümid demək olar ki, yox həddindədir.