Haaretz: İsrail ordusu Şirin Əbu Aqilənin qətlini etiraf edib

Haaretz: İsrail ordusu Şirin Əbu Aqilənin qətlini etiraf edib

İsrail ordusu Şirin Əbu Aqilənin qətli ilə bağlı araşdırma apardıqdan sonra onun sionist yaraqlılar tərəfindən güllələndiyini etiraf edib.

İbranicə “Haaretz” qəzeti İsrail ordusunun araşdırmalarına istinadən yazıb ki, “Əl-Cəzirə”nin fələstinli jurnalisti “Şirin Əbu Aqilə” İsrail qüvvələrinin 150 metrliyində güllələnib.

Haaretz yazır: “İsrail ordusunun ilkin təhqiqatına əsasən, Şirin Əbu Aqilə Cenində hərbi əməliyyatı işıqlandırarkən İsrail qüvvələri tərəfindən öldürülüb.

Qəzet daha sonra vurğulayıb: Araşdırmalar göstərir ki, Əbu Aqilə İsrail qüvvələri tərəfindən 150 metrlik (328 fut) məsafədən atəşə tutularaq öldürülüb.

“Haaretz” qəzetinin yazdığına görə, araşdırmalar “Dufdivan” məxfi bölməsinin əsgərlərindən birinin Əbu Aqilənin şəhid olduğu yerdən 100-150 metr aralıda yerləşdiyini və qarşıdurma zamanı əsgərlərin ona tərəf onlarla güllə atdığını göstərib.

Qəzet həmçinin yazıb ki, İsrail ordusunun təhqiqatına əsasən, Şirin Əbu Aqiləyə dəyən güllə 5,56 mm kaliberli olmaqla sionist hərbçilərə məxsus “M16” silahından atılıb.

Sionist ordu iddia edib ki, Dufdivan bölməsinin əsgərləri Əl-Cəzirə müxbirinə atəş açdığını təkzib ediblər, lakin onun sionist əsgərlər tərəfindən təsadüfən vurulması mümkündür.

Sionist hərbçilər çərşənbə günü İordan çayının qərb sahilində “Əl-Cəzirə”nin bronjilet geyinmiş fələstinli müxbirini Cəninə hücum edərək öldürüb, şəbəkənin prodüseri Əli Əl-Səmudini isə yaralayıb.

 “Əl-Cəzirə” bir bəyanatda bildirib ki, beynəlxalq hüquq və qaydaları pozan işğalçı sionist rejimin əsgərləri “Əl-Cəzirə”nin müxbirini soyuqqanlılıqla qətlə yetiriblər.

Bu arada, BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tour Winsland çərşənbə günü Tvitter hesabında yazıb: “Mən bunu qətiyyətlə pisləyirəm.”

Bundan əvvəl İsrailin Baş naziri Naftali Bennet yalandan iddia edib ki, heç bir fərq qoymadan atəş açan silahlı fələstinlilər Əbu Aqiləni öldürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − seven =