Haaretz: İsrailin boykotu qaçılmazdır və liderlərimiz axmaqdır-Foto

Haaretz: İsrailin boykotu qaçılmazdır və liderlərimiz axmaqdır-Foto

Sionist “Haaretz” qəzeti bəyanat dərc edərək “İsraili boykot et” hərəkatının məqsədinin tezliklə reallaşacağını və hazırkı vəziyyəti yaradan Tel-Əviv liderlərinin axmaq olduğunu yazıb.

İbrani qəzeti “Haaretz” sionist yazıçı “Gideon Levy”nin məqaləsini dərc edərək, işğal olunmuş ərazilərdə “Benyamin Netanyahu” kabinetinə qarşı keçirilən nümayişlərin, həmçinin işğalçı rejim ordusunun fələstinlilərə qarşı cinayətlərinin dünyanın Təl-Əvivin hərəkətlərinə qarşı oyanmasına səbəb olub. Bu gedişlə “İsrailə boykot et” hərəkatı sionist rejimin iqtisadiyyatını məhv edəcək.

Bu qəzet Levidən sitat gətirərək yazır: “BDS” kimi tanınan qlobal “İsraili Boykot” hərəkatının məqsədinin reallaşması başlandı və xüsusən də, Fələstin xalqına qarşı işğalçı ordunun hüquqpozmaları və qətllərinin intensivləşməsindən sonra İsraildən böyük vəsaitlərin çıxarılması ilə baş verdi.

Bu sionist yazıçı Haaretzdə dərc olunan “Boykot hərəkatının xəyalı gerçəkləşir” başlıqlı məqaləsində bu prosesin sürətinə təkid edərək deyib: Bir kommersiya təşkilatının böyük investisiya menecerlərindən biri bu həftə ona açıqlayıb ki, onun ofisindən xarici pulların çıxarılması nisbəti gündə 10 milyon şekelə çatıb və bu rəqəmlərdəki artım indi də davam edir.

Müəllif qeyd edib: “İndi baş verənlər məhz qlobal boykot hərəkatının əldə etmək istədiyi şeydir. Bu inkişaflar BDS hərəkatının fikirlərinin və məqsədinin doğru olduğunu sübut edə bilər. Belə ki, yalnız pulla İsrailin siyasətini dəyişdirib onun cibinə zərbə vura bilərsiniz.”

Tel-Əvivin bu vəziyyətə gəlməsinin səbəbləri ilə bağlı Levi belə izah edib: “Bir ay yarım öncəki ilk qanunvericilik prosesləri (yeni kabinetin radikal qərarları) bu nəticəyə gətirib çıxardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =