Haaretz: Netanyahu, HƏMAS raketləri və müqavimət əməliyyatlarından bezmişik

Haaretz: Netanyahu, HƏMAS raketləri və müqavimət əməliyyatlarından bezmişik

İbranicə “Haaretz” qəzeti Tel-Əvivin dağıdılmasını vurğulayarkən etiraf edib ki, sionistlər “Binyamin Netanyahu”nun çılğınlığından, HƏMAS raketlərindən, Livan Hizbullahının təhdidlərindən və ümumilikdə işğal olunmuş ərazilərdəki həyatdan bezmişlər.

 Sionist yazıçı və analitik “Ragel Alfer” ibranicə “Haaretz” qəzetində dərc olunan hesabatında İsrailin varlığını həyatın çox cansıxıcı hala gəldiyi “məhv edilmiş bir ölkə” kimi təsvir edib.

O, etiraf edir ki, mühacirlər bütün mövcud təhlükəsizlik insidentlərindən qorxurlar.

 “Ərəb 21” xəbər saytının məlumatına görə, o, reportajında yazıb: “Fələstinlilərin şəhadət əməliyyatları yorucu və dəhşətlidir və biz qorxmaqdan bezmişik.”

Camaat təəccüblə küçələrdə qaçır. Bu bir tendensiyadır, baş verənlər dəhşətli dərəcədə insanları narahat edir.

Biz vəziyyətin düzələcəyini güman edirik, görəsən, düzələcəkmi?

İşğalçı rejimin “öz xalqına işgəncə verən xaraba və zorakı bir dövlət” olduğuna işarə edən Haaretz hesabatına belə davam edir:

Məcburi köçkünləri və İsrail əsgərlərini hədəf alan Fələstin əməliyyatları xüsusilə yorucudur.

İşğala qarşı olanlar və ya bundan qəzəbli və aciz olanlar bunlardan çox məyus olub.

Bu xəbərin davamında deyilir: Düşmənçiliklər yorucudur. Baş nazirimiz Benyamin Netanyahu yorulub. O, 30 ilə yaxındır ki, bizi yorur və yormaqda davam edir. O, durmaq bilməyən bir maşın kimidir və əməlləri xüsusilə rəqibləri üçün işgəncədir.

Onu görməkdən, səsini eşitməkdən bezmişik. Onun faciələrindən bezmişik, tvitlərindən, qorxularından və çılğınlığından çox yorulmuşuq.

Haaretz qeyd edib: Həmas darıxdırıcıdır, onun dini şövqü bizi yorur. Onun raketləri və sirenaların işə düşməsi yorucudur, göydə və yerdəki partlayışlar bizi yordu.

Biz hətta Həsən Nəsrullahın hədələrindən də bezmişik. Yüz minlərlə raket bizi hədəf almaq çün fürsət gözləyir.

Bu hesabat sionist rejimin bütün fələstinlilərə, xüsusən də işğal altında olan Qüds və Məscidül-Əqsaya qarşı təcavüzü və işğalçı qüvvələr tərəfindən fələstinlilərin öldürülməsinin davam etməsi və onlara qarşı amansız hücumların gücləndiyi bir vaxtda dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 17 =