“Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir

“Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir

İsrail və HƏMAS hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.

APA xəbər verir ki, bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, ilk mərhələdə hərəkat üzvləri qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcək.

Qəzetin mənbələri onların əksəriyyətinin sağ olduğuna inanır.

Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlananların qalan hissəsi azad ediləcək.

“Haaretz” qeyd edir ki, razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur.

“Kan” radiosunun məlumatına görə, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır.

“The Jerusalem Post”un məlumatına görə, sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək. Qəzetin məlumatına görə, azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =