Haaretz: Tel-Əviv qarşıdan gələn müharibədə israillilərə intihar əmri verəcək

Haaretz: Tel-Əviv qarşıdan gələn müharibədə israillilərə intihar əmri verəcək

Haaretz qəzeti bu gün sionist rejimin qarşıdan gələn qarşıdurmasına işarə edərək yazıb ki, bir neçə cəbhədən başlayacaqehtimali müharibədə işğal olunmuş Fələstindəki israil sakinləri intihar əmrləri alacaqlar.

Sionist analitik və yazıçı Roqel Alfar bu gün (bazar ertəsi, fevralın 7-si) ibrani dilində çıxan “Haaretz” qəzetində yazdığı qeyddə bildirib: “Sionist rejimin öz düşmənləri ilə gələcək qarşıdurmasında İsrail xalqı intihar əmri alacaq.”

O xatırladıb: 1948-ci ildə Misir-Ərəb ordusu qalib gələrək İbrani dövlətinin cənubundakı Nitsanim şəhərini işğal edəndə, o zamankı Ali Baş komandan əsgər və zabitlərə sonuna qədər döyüşməyi, yəni intihar etməyi əmr etmişdi.

Müəllif səhv hərbi əmrlərə toxunaraq, bunun nəticəsində yəhudilərin təslim olmadığını, intihara qədər döyüşməyə davam etdiklərini vurğulayıb.

Bu səbəbdən təslim olmaq qərarına gələn zabit və əsgərlərin öldürülməsi də bu əmrə şamil idi. Bununla belə, 104 İsrail əsgər və zabiti əsir götürülüb.

Sionist analitik ərəbcə tərcüməsi “Rəy Əl-Yəvm” qəzetində yenidən dərc edilən qeydlərində bildirib ki, o vaxtdan bəri “ “şəhidlik mədəniyyəti” və ya “şəxsiyyət” mənasını verən və yunan sözü olan “Ethos” İsraildə geniş yayılıb. Həmin söz İsrail müharibəsi zamanı cəmiyyəti, milləti və ya ideologiyanı xarakterizə edən ideya və ya idealları təsvir etmək üçün istifadə olunur.

Məhz bu “Ethos” mədəniyyətinə görə, israillilər çox yaxşı bilirlər ki, onların yaşadığı dövlətdə baş verəcək çoxşaxəli müharibədə minlərlə insan həyatını itirəcək.

Tel-Əvivdəki təhlükəsizlik orqanları xalqa daim xəbərdarlıq edir ki, qarşıdakı müharibədə Livan, İran və Qəzza zolağından gələn minlərlə raket mütləq İbrani ölkəsinin mərkəzinə düşəcək və bu, yalnız vaxt məsələsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + nineteen =